Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinə start verilib.
Arena.az xəbər verir ki, ilk turun ilk oyun günündə 6 qarşılaşma baş tutub.
Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən İspaniyanın “Atletik” klubu evdə İngiltərə “Arsenal”ı ilə üz-üzə gəlib və 2 cavabsız qolla uduzub. La Liqanın digər təmsilçisi “Real” isə səfərdə Marsel “Olimpik”i ilə qarşılaşmadan çətin qələbə ilə ayrılıb.
Qeyd edək ki, ÇL-in Liqa mərhələsinin ilk turunun qalan görüşləri sabah keçiriləcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
16 sentyabr
PSV (Niderland) – “Yunion” (Belçika) 1:3
Qollar: Van Bommel, 90 – P.David, 9-pen. El Hadj, 39. Makallister, 81.
“Atletik” (İspaniya) – “Arsenal” (İngiltərə) 0:2
Qollar: Martinelli, 72. Trossard, 87.
“Real” (İspaniya) – “Olimpik” (Marsel, Fransa) 2:1
Qollar: Mbappe, 29-pen; 81-pen – T.Vea, 22.
“Benfika” (Portuqaliya) – “Qarabağ” (Azərbaycan) 2:3
Qollar: E.Barreneçea, 6. V.Pavlidis, 16 – L.Andrade, 30. K.Duran, 48. A.Kaşuk, 86.
“Yuventus” (İtaliya) – “Borussiya” (Dortmund, Almaniya) 4:4
Qollar: K.Yıldız, 63. Vlahoviç, 67; 90+4. Kelli, 90+6 – Adeyemi, 52. Nmeça, 65. Kouto, 74. Bensebaini, 86-pen.
“Tottenhem” (İngiltərə) – “Vilyarreal” (İspaniya) 1:0
Qol: L.Junior, 4-öz qapısına.