RU

Pedro Bikalyo - “Benfika” ilə matçın ən yaxşı oyunçusu!

“Qarabağ”ın dayaq yarımmüdafiəçisi Pedro Bikalyo UEFA Çempionlar Liqasında “Benfika”ya qarşı keçirdikləri oyunun ən yaxşısı seçilib.

Arena.az xəbər verir ki, Azərbaycan və Portuqaliya klubları arasında ÇL-in Liqa mərhələsinin 1-ci turu çərçivəsində baş tutmuş qarşılaşma Lissabon şəhərində keçirilib.

Ağdam təmsilçisi 0:2 hesabıyla geri düşdüyü oyunda 3 qol vuraraq əzmkar və tarixi qələbəyə sevinib.

Matçdan sonra UEFA-nın texniki müşahidəçilər qrupunun qiymətləndirməsinə əsasən, “Qarabağ”ın braziliyalı futbolçusu Pedro Bikalyo oyunun ən yaxşısı adına layiq görülüb. Bu haqda UEFA-nın saytı məlumat verib. Müşahidəçilər qrupunun verdiyi rəyə əsasən, Bikalyo komandası üçün çox vacib transferdir:

“O, oyunda dördlü müdafiə xəttinə kömək etdi və “Benfika”nın pressinqini yararaq oyunu qurmaq imkanı yaratdı. Taktiki baxımdan çox savadlı çıxış edərək “Qarabağ”a zəruri balansı yaratdı. Bu balans həm “Benfika”nın oyun üslubuna qarşı aqressiv müqavimət göstərmək, həm də müdafiədə etibarlılığı təmin etmək üçün vacib idi”.

error: Məzmun qorunur!
Избранный
28
8
arena.az

10Источники