Şamaxıda maşın yanıb.
Avtosfer.az xəbər verir ki, Bakı-Şamaxı-Yevlax yolunda 1996-cı il təvəllüdlü Hüseynov Cavid Ceyhun oğluna məxsus 99-XY-199 dövlət nömrə nişanlı "BMW" markalı minik avtomobildə yanğın baş verib. Yanğın yerinə FHN əməkdaşları cəlb olunub.
Avtomobilin yanar konstruksiyaları tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Xəsarət alan olmayıb. (unikal)