Bakı. Trend:
Milli Məclisin payız sessiyasında İnsan hüquqları komitəsindəmüxtəlif mövzulu ictimai dinləmə və dəyirmi masaların keçirilməsinəzərdə tutulub.
Trend-inməlumatına görə, bununla bağlı məlumat komitənin 2025-ci ilin payızsessiyası üçün iş planının layihəsində öz əksini tapıb.
Belə ki, sessiya müddətində komitədə aşağıdakı tədbirlərinkeçirilməsi nəzərdə tutulur:
- “2025-ci Konstitusiya və Suverenlik İli” çərçivəsində “Rəqəmsalsuverenlik, informasiya suverenliyi və insan hüquqları” mövzusundadəyirmi masa
- İnsan hüquqları profilli vətəndaş cəmiyyəti təsisatları iləbirgə əməkdaşlığın vəziyyəti və ortaq fəaliyyətin inkişafına həsredilən dəyirmi masa
- “Vəkillik institutu - vətəndaşların insan hüquqlarının təminedilməsi və beynəlxalq standartların tətbiqi mexanizmlərinintəkmilləşməsində yeri və rolu” mövzusunda dəyirmi masa
- “Beynəlxalq məhkəmə və hüquq institutlarının fəaliyyətində yenitendensiyalar, perspektivlər - Azərbaycandan baxış” mövzusundadəyirmi masa
- ANAMA ilə birgə “Mina terroru qurbanlarının beynəlxalq hüquqiplatformalara çıxışının təmin olunması” mövzusunda görüşlər
- Ədliyyə Nazirliyi ilə birgə “Cinayət qanunvericiliyinin icravəziyyəti”nə dair dinləmələr, görüşlər
- “Böyük Qayıdış”la bağlı Azərbaycanın yeganə təcrübəsi”mövzusunda beynəlxalq İnsan hüquqları və hüquq-müdafiətəşkilatların iştirakı ilə müzakirə
- İşğaldan azad edilmiş ərazilərlə bağlı “Böyük Qayıdış vəreinteqrasiya” ilə bağlı qanun layihəsi ətrafında dinləmələr
- “Qlobal insan hüquqları” adlanan siyasi ideoloji qurumların -USAİD və s.-qapadılması, “beynəlxalq insan hüquqları” konseptininböhranı” mövzusunda beynəlxalq İnsan hüquqları QHT-lərininAzərbaycana qarşı uzun illər apardığı qərəzli fəaliyyətlə bağlımüzakirə və dinləmələr
- “Kibercinayətkarlığın genişlənən məkanı və insan hüquqlarınınmüdafiəsi: milli təhlükəsizliyə yeni çağırışlar,cavablar”mövzusunda konfrans
- “Süni intellekt və insan hüquqları” mövzusunda “AzərbaycanRespublikasının 2025–2028-ci illər üçün Süni İntellektStrategiyası”nın qəbul edilməsinə həsr olunan tədbir
- 8 avqust 2025-ci il tarixli Azərbaycan-ABŞ-Ermənistan üçtərəfligörüşləri, əldə olunan razılaşmalarda etimad mühiti quruculuğununinsan hüquqları konteksti-nifrət nitqindən imtinaya dairçağırışların, təhlil sənədlərinin hazırlanması
- Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə “Dünyaazərbaycanlıları, milli diaspor təşkilatlarının hüquqları vəparlamentin rolu” mövzusunda tədbir
- “Qərb cəmiyyətlərində radikal miqrasiya siyasəti - fundamentalinsan hüquqlarının dərin böhranı: mövcud təcrübələrindəyərləndirilməsi” mövzusunda vebinar
Dekabr 3-də Beynəlxalq Əlillər Gününə həsr edilmiş “Əlillərinsosial-hüquqi müdafiəsi: qanunvericilik və islahatlar”, dekabrın10-da isə Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş dəyirmimasanın keçirilməsi nəzərdə tutulub.
Dekabr 28-də isə Azərbaycanda Vəkillər Günü münasibətiləVəkillər Kollegiyası ilə birgə konfransın keçirilməsiplanlaşdırılır.