RU

Bəhreyndə beynəlxalq parlament tədbirində Azərbaycanın sülh gündəliyindən danışılıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 17 sentyabr, AZƏRTAC

Bəhreyn Krallığının Manama şəhərində keçirilən Asiya Parlament Assambleyasının (APA) İqtisadiyyat və dayaniqli inkişaf üzrə daimi komitəsinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Milli Məclisin deputatı Rizvan Nəbiyev APA Prezidentinin nümayəndəsi və Azərbaycan nümayəndə heyətinin rəhbəri qismində, eyni zamanda, Bəhreyn Krallığının Nümayəndələr Şurasının sədri Əhməd Bin Salman Əl-Musəlləm, APA-nın vitse-prezidenti və Daimi komitənin sədri Əhməd Əlsalum və APA-nın Baş katibi Rza Məcidi çıxış ediblər.

R. Nəbiyev çıxışında Prezident İlham Əliyevin sülh gündəliyi, tarixi Vaşinqton razılaşmaları və ATƏT-in Minsk prosesinin başa çatması barədə məlumat verib. Vurğulayıb ki, bu qərar Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının ATƏT müstəvisində də təsdiqidir, Ermənistan–Azərbaycan münaqişəsinə son qoyulmasının sübutudur. Bununla belə, sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasında Azərbaycana qarşı yer almış ərazi iddialarının aradan qaldırılması zərurətdir.

Vaşinqton sülh sammitinin əhəmiyyətindən danışan parlamentari yekun olaraq imzalanan Birgə Bəyannamədə Azərbaycanın əsas hissəsinin onun Naxçıvan eksklavı ilə maneəsiz birləşdirəcək nəqliyyat bağlantısının - Zəngəzur dəhlizinin (TRIPP) sülhə, iqtisadi-ticari əlaqələrin inkişafına və çoxtərəfli əməkdaşlığa mühüm töhfə verəcəyini qeyd edib.

R. Nəbiyev, həmçinin bildirib ki, müasir dövrün qlobal çağırışları – silahlı münaqişələr, humanitar böhranlar və iqlim dəyişikliyinin təsirləri dövlətlərin çoxtərəfli əməkdaşlığa üstünlük verməsini zəruri edir. Bu kontekstdə o, Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya çatdırılmasını İƏT-ə üzv dövlətlərin əməkdaşlığı və İslam həmrəyliyinin nümunəsi kimi xarakterizə edib.

Qeyd edək ki, APA Asiyanın 44 üzv dövlətinin parlamentlərini birləşdirən unikal dialoq platformasıdır. Milli Məclis 20024-cü ildən təşkilata sədrlik edir. 2026-cı ilin yanvarında APA-ya sədrlik ölkəmzdən Bəhreynə keçəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
60
3
azertag.az

4Источники