Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən aldığımız məlumata görə, güləşçimiz Osman Nurmaqomedov (92 kq) bürünc medal uğrunda görüşdə gürcüstanlı Miriani Maysuradzeylə üz-üzə gəlib. Osman rəqibinə heç bir şans verməyərək 5:1 hesabı ilə qalib gəlib. Bununla da güləşçimiz analoji yarışlarda 4-cü medalını qazanıb.
Cəbrayıl Hacıyev (79 kq) isə təsəlliverici görüşdə yaponiyalı Ryunosuke Kamiyaya 5:3 hesabıyla qalib gəlsə də bürünc medal uğrunda qarşılaşmada iranlı Mohammad Noxodilarimiyə (2:4) məğlub olaraq, dünya çempionatını 5-ci yerdə başa vurub.
Qadın güləşçilərimizdən 57 kiloqramda çıxış edən Jalə Əliyeva dünən 1/8 finalda yaponiyalı Himeka Tokuharaya 2:13 hesabıyla məğlub olub.
Qabil YUSİFOĞLU
XQ