RU

"Bu oyundan sonra daha böyük rəqiblər də bizə problem yaratmağa çalışacaq"

"Futbolçularıma təşəkkür edirəm, çox mübariz oyun göstərdilər. Oyunun ilk dəqiqələrində müəyyən stress var idi. Amma görüşün gedişində bunu aradan qaldıra bildilər. Klub tarixində və ümumilikdə Azərbaycan futbolu tarixində Çempionlar Liqasındakı ilk qələbədi".

"Football-plus.az" xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. O, Heydər Əliyev Beynəlxalq Hava Limanında komandanın qarşılanma mərasimində jurnalistlərə açıqlamasında Portuqaliyanın “Benfika” klubu üzərində qələbəni belə şərh edib:
"Dəfələrlə bildirmişəm ki, belə qələbələr futbolu sevdirməyə böyük təkan verir. Fasilədə futbolçulara hazırlaşdığımız plan üzərində dayanmağı, istəyimizdən geri dönməməyi çatdırdım. Bəzən rəqib meydanda buna imkan vermir. Amma dünən demək olar ki, oyunun gedişində inam daha da artdı. Bu isə çox vacib idi. Belə oyunlarda tələb etmişdim ki, sadə top itkiləri minimum olsun. Futbol dili birdir. Bizə qarşı rəqiblər çox ciddi hazırlaşırdılar. Bu oyundan sonra daha böyük rəqiblər də ciddi yanaşaraq bizə problemlər yaratmağa çalışacaqlar".
Избранный
25
3
football-plus.az

4Источники