RU

“Atam vəfat etməyib, sağdır!”

Müğənni Xatirə İslam növbəti dəfə həmkarı Tacir Şahmalıoğlunun açıqlamalarına cavab verib.

OLAY yazır ki, Xatirə Tacirin “Mənim tələbəm olub” deməsinə münasibət bildirib.

O, instaqramda paylaşdığı videods bunları söyləyib:

“Atam dünyanı dağıdır ki, mən ölməmişəm. Tacir müəllim, sizə də, səsinizə də qurban olum. Bizim böyük sənətkarımızsınız. Fəxr edərəm ki, sizin kimi müəllimim olub. Demisiniz ki, rəhmətlik atası əlindən tutub yanıma gətirib. Amma mənim atam vəfat etməyib, sağdır. Yəqin, səhv salmısınız. Qapım hər zaman üzünüzə açıqdır. Siz mənim üçün çox dəyərlisiniz. Sizin yanınızda 6 ay çalışmışam. Məni toylara aparmısınız, bir çox mahnıları, oxumaq texnikalarını yanınızda öyrənmişəm. Bununla razıyam. Amma tələbi kimi... Öyrətmirdiniz axı. Tələbə kimi siz mənə hansı mahnını öyrətmisiniz? Belə də ki, siz nə deyirisinizsə, odur. Sənətdə də, yaşda da məndən böyüksünüz”.

Qeyd edək ki, Tacir Xatirəni onun yanına atası Novruz bəyin gətirdiyini demişdi.

Избранный
6
4
olay.az

5Источники