RU

Qurban Qurbanov: "Bundan sonra rəqiblər bizi daha çox ciddiyə alacaq"

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda "Benfika" ilə matçın ilk dəqiqələrində "Qarabağ" bir qədər stress yaşayıb.

News24.az "Report"-a istinadla xəbər verir ki, bunu Heydər Əliyev Hava Limanında qarşılama zamanı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis oyunun gedişatında futbolçularda özünəinamın artığını da söyləyib:

"Bu klub tarixində UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbə idi. Futbolçulara inam gəldi, bəlkə bir qədər də böyüdük. Hesabda 0:2 geridə olduğumuz zaman geridönüş etdik və qələbə qazandıq. Futbol elə bir oyundur ki, terminləri demək olar eynidir. Eyni motivasiya ilə davam etməli, geri dönməməli idik. Bunu futbolçularıma çatdırdım. Oyunun gedişatında futbolçularda inam artdı. Futbolçulardan tələb etmişdim ki, top itkiləri az olmalıdır. Əfsuslar olsun ki, yenə də itkilər gördük. Futbolun dili birdir".

Baş məşqçi daha böyük rəqiblərin növbəti matçlarda "Qarabağ"a qarşı ciddi hazırlaşacağını da vurğulayıb:

"Rəqiblərin bizə qarşı necə hazırlaşdığını meydanda hiss edirdik. Bizi çox ciddiyə alırdılar. Elə bu oyundan sonra daha böyük klublar da bizi çox ciddiyə alacaqlar. İlk "24-lüy"ə düşmək barədə düşünmək hələ bir qədər tezdir. Ötən il Avroliqada bizim cəmi bir qələbəmiz olmuşdu. Amma əksər oyunlara baxsaq, xallarımızın sayı daha çox olmalı idi. Futbolda gözlənilməz anlar da olur. Amma futbol indi elə bir həddədir ki, istənilən oyunda geridönüş etmək mümkündür. Sadəcə, meydanda məsuliyyətli, diqqətli olmaq lazımdır".


Избранный
84
2
news24.az

3Источники