RU

“Bəzi hüquqi sənədlərdə tətbiq edilən məhdudiyyətlər sakini bələdiyyədən narazı salır” Təmraz Tağıyev

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

“Qanunvericilikdə vaxtaşırı edilən düzəliş və dəyişikliklər nəticə etibarilə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə və büdcə gəlirlərinin artımına səbəb olub”.

“Qafqazinfo” Belediyye.info-ya istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin dünən keçirilən iclasında Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev deyib.

Sədr çıxışında qeyd edib ki, bəzi hallarda hüquqi sənədlərdə tətbiq edilən məhdudiyyətlər bələdiyyə sədrlərinin fəaliyyətinə ciddi təsir göstərir:

“Ən əsası sakini bələdiyyədən narazı salır. Ciddi şəkildə maddi dəstəyə ehtiyacı olan vətəndaşa məhz bu məqamda operativ şəkildə bələdiyyə tərəfindən dəstək göstərməsi mümkün olmur. Odur ki, bu gün bu məsələdə mövcud normativ hüquqi sənədlərə düzəliş edilməsi zərurəti yaranıb. 

Bələdiyyənin büdcə gəlirlərinin artması istiqamətində Administrasiyanın müvafiq sektorunun dəstəyi ilə BAMS proqramı təkmilləşdirilib. Bu gün BAMS proqramında tətbiq edilən yeniliklər sayəsində büdcə gəlirlərində 25 faizlik artım olub. 

Bununla yanaşı, yaşayış və qeyri-yaşayış sahələrinə tətbiq edilən əmsalların 10 il ərzində dəyişdirilməməsi, bir çox hallarda, eyni tutulması bələdiyyənin büdcə gəlirlərinə də ciddi şəkildə öz təsirini göstərməkdədir. Odur ki, qaldırılan məsələlərin gündəmdə saxlanılması və məqamı gəldikcə dəyişdirilməsinə ehtiyac var”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
1
qafqazinfo.az

2Источники