RU

Yaşlı insanların çoxsaylı dərman qəbulu ölüm riskini ARTIRIR

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Yaşlı insanların çoxsaylı dərman qəbulu ölüm riskini artıra bilər.

Redaktor.az xəbər verir ki, bu barədə həkim Pako Tarazona Infosalus nəşrinə açıqlamasında məlumat verib.

O, bildirib ki, bir çox yaşlı insan eyni anda bir neçə dərman qəbul edir, çünki onların müxtəlif xroniki xəstəlikləri mövcuddur. 

Həkimin sözlərinə görə, söhbət yalnız həkim tərəfindən yazılan dərmanlardan deyil, həm də bitki tərkibli preparatlardan, qida əlavələrindən və insanların özbaşına qəbul etdiyi vasitələrdən gedir.

Tarazona xəbərdarlıq edib ki, bəzi dərmanların bir-biri ilə uyğunluğu yoxdur. Onların birlikdə qəbulu isə təhlükəli nəticələrə, o cümlədən ölüm riskinin artmasına səbəb ola bilər.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
39
1
redaktor.az

2Источники