RU

“Benfika”ya “başsağlığı” verdi: “Mən də “Qarabağ”a uduzdum” - “Braqa”dan MARAQLI VİDEO

“Braqa” “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsində “Benfika”ya 3:2 qalib gəlməsinə maraqlı video həsr edib.

Sportinfo.az xəbər verir ki, bu barədə klub rəsmi “TikTok” hesabında paylaşım edib.

Belə ki, videoda “Braqa” loqosunun qarşısında “I was Qarabağed”( Mən də Qarabağa uduzdum) , “Benfika” loqosunda cavab olaraq isə “Me too” (mən də) sözləri yazılıb.

Bununla da rəsmdəki iki obrazın (“Braqa” və “Benfika”) ağlayaraq qucaqlaşdığı göstərilib.

Sözügedən paylaşıma isə azərbaycanlı azarkeşlər “Braqa”nın səmimi klub olması ilə bağlı şərhlər yazıb.

Portuqaliya klubu tez-tez “Qarabağ”la bağlı paylaşımları ilə diqqət çəkir. Bu isə izləyicilər tərəfindən səmimi qarşılanır.

Xatırladaq ki, ötən il “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı ümumi 6:5 hesabı ilə məğlub edərək, 1/8 finala adlamışdı.

Sözügedən paylaşımı təqdim edirik:

Избранный
19
9
sportinfo.az

10Источники