RU

Sahibi tapılmayan əşyaların aqibəti necə olur? – RƏSMİ CAVAB

Hər gün küçələrdə, ictimai nəqliyyatda və ticarət mərkəzlərində unudulmuş və ya itmiş əşyalar tapılır. 

İtkin düşən əşyaların sonrakı taleyi bir çox insanın maraq dairəsindədir. Əvvəllər tapılan əşyalar daha çox polisə təhvil verilirdisə, indi sosial şəbəkələrdə bu barədə elanlara daha çox rast gəlinir.

Amma əşyaların rəsmi şəkildə toplanıb saxlanıldığı xüsusi bir qurum da mövcuddur. Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin tərkibində fəaliyyət göstərən "Tapıntılar bürosu"na gətirilən itkin əşyalar burada qeydiyyata alınır və sahibinə qaytarılması üçün tədbirlər görülür.

Bəs bu ilin ilk altı ayında neçə əşya qruma təhvil verilib? Sahibi tapılmayan əşyaların aqibəti necə olur?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, polis əməkdaşları tapılan əşyaların sahibini müəyyən edir və onları müvafiq qaydada sahibinə qaytarır:

“Bakıda insanların sıx toplaşdığı ərazilərdə, o cümlədən kafelərdə, restoranlarda, kinoteatrlarda və digər ictimai yerlərdə unudulmuş və ya itirilmiş əşyalar Bakı Şəhər Baş Polis İdarəsinin tabeçiliyində fəaliyyət göstərən “Tapıntılar bürosu”na təqdim olunur. Polis əməkdaşları tərəfindən həmin əşyaların sahibi müəyyən edilir və müvafiq qaydada sahibinə təhvil verilməsi təmin olunur”. 

N.Əliyev qeyd edib ki, cari ilin ilk 6 ayı ərzində itirilmiş əşyalar və sənədlərlə bağlı vətəndaşlardan 1 548 müraciət daxil olub:

“Bəzi hallarda isə sənədin və ya əşyanın sahibi məlum olmadıqda, tapıntılar büroda bir ay müddətində saxlanılır, daha sonra isə aidiyyəti üzrə təhvil verilir. Cari ilin ilk 6 ayı ərzində itirilmiş əşyalar və sənədlərlə bağlı vətəndaşlardan 1 548 müraciət daxil olub. Müraciətlər üzrə qanunvericiliyə uyğun müvafiq cavablar təqdim edilib. Büroda olan sənədlərin sahibinə qaytarılması təmin olunub”.

Избранный
44
1
cebheinfo.az

2Источники