RU

Baş Prokurorluğun idarə rəisləri canlı yayımda sualları cavablandıracaq

Sia Az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Baş Prokurorluğun idarə rəisləri canlı yayımda sualları cavablandıracaq. Bu barədə SİA-ya Baş Prokurorluqdan məlumat verilib.

Məlumata görə, sentyabrın 18-də saat 11:00-dan saat 12:00-dək Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində (link: https://www.instagram.com/prokurorluq/) canlı yayım keçiriləcək.

Canlı yayım zamanı Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Mahir Abbasov, Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Ceyhun Kazımov, Kadrlar idarəsinin rəisi Natiq Hüseynov, Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova və Mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
20
8
sia.az

9Источники