Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-iyun aylarında Azərbaycana birbaşa investisiyalar 3 milyard 222 milyon 484 min ABŞ dolları təşkil edib.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8.2% və ya 244 milyon 295 ABŞ dolları çoxdur.
Qeyd edək ki, 2024-cü ilin ilk yarısında Azərbaycana yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 2 milyard 978 milyon 189 min ABŞ dolları təşkil edib.
Eyni dövrdə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyalar 1 milyard 349 milyon 802 min ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 35,2% və ya 351 milyon 561 ABŞ dollar çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!