RU

Qətərdən İsrailə açıq mesaj: Cavabsız qalmayacaq

“Benyamin Netanyahunun Dohaya təşkil olunan hava hücumundan sonra məsuliyyətə cəlb edilmədən beynəlxalq hüququ pozmağa davam etməsi yolverilməzdir”.

Publika.az xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari Dohada keçirdiyi mətbut kofransında deyib.

Onun sözlərinə görə, Netanyahu hər uğursuzluqdan sonra onu əsaslandırmağa çalışır. Qeyd edib ki, o, beynəlxalq hüququ pozmağa davam etsə, bu, cavabsız qalmayacaq.

Ənsari, həmçinin sentyabrın 15-də Dohada keçirilən Fövqəladə Ərəb-İslam Sammitinin Qətərə hər hansı hücumun islam birliyi üçün qəbul edilməz olduğuna dair açıq mesaj verdiyini bildirib.

Избранный
22
1
publika.az

2Источники