RU

İsrailin Qəzzaya hücumları davam edir

İsrailin

İsrailin Qəzzaya qarşı irimiqyaslı qurudan hücumu davam edir. Güclü bombardmanlar davam etdiyi üçün fələstinlilər bölgəni tərk etmək məcburiyyətində qalıblar.

Reyting.az
xəbər verir ki, İsrail ordusu Qəzzada 80 xəstənin olduğu Rantisi Uşaq Xəstəxanasına da hücum edib.

Qəzza Səhiyyə Nazirliyindən bildiriblər ki, İsrail ordusu ötən gecə bir neçə dəqiqə ərzində üç dəfə xəstəxananın yuxarı mərtəbələrini hədəfə alıb.

Rantisi Uşaq Xəstəxanası Qəzza zolağında onkologiya, dializ, tənəffüs və həzm sistemi xəstəlikləri kimi ixtisaslar təklif edən yeganə ixtisaslaşmış xəstəxanadır.

İsrailin hücumundan sonra 40 xəstə təhlükəsizlik axtarışı və uşaqlarını xilas etmək üçün xəstəxananı tərk edib. 40 xəstə və onların yoldaşları, on iki reanimasiya xəstəsi və 30 xəstəxana işçisi xəstəxanada qalır.

Qəzza hökuməti İsrailin son həftələrdə hücumlarını intensivləşdirdiyi Qəzza zolağının şimalında bir milyon fələstinlinin köçkün olmaqdan imtina etdiyini bildirib.

ELÇİN
Избранный
31
reyting.az

1Источники