RU

“Qarabağ” bütün komponentlərdə “Benfika”nı üstələdi”

ain.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinin I turunda “Benfika”nı məğlub edib. Azərbaycan çempionu 0:2 hesabıyla geri düşsə də, yekunda qələbə qazanmağı bacarıb – 3:2.

Azərbaycan millisinin sabiq məşqçisi Şahin Diniyev “Futbolpress.az“a açıqlamasında nəticəni dəyərləndirdi:

“Qarabağ” haqda yalnız xoş sözlər demək olar. Qısa və konkret – “Qarabağ” bütün komponentlərdə “Benfika”nı üstələdi və layiqli qələbə qazandı. Həm oyun, həm xarakter baxımından “Qarabağ” möhtəşəm idi. Məncə, ən yaxşı oyunlarını göstərdilər”.

Mütəxəssis geridönüşü gətirən amillərdən söz açdı:

“Geridönüşün “açarı” təcrübə və özünəinam idi. “Benfika”nın düşərgəsində son vaxtlar baş verənlər bir az bizə ümid verirdi. Amma belə nəticənin olmasını çətin təsəvvür edərdik”.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
futbolpress.az

1Источники