RU

"Qarabağ" çox şey etmədi" - "Benfika"nın futbolçusu

style='margin-bottom:10px;'>

"Benfika"nın futbolçusu Georgi Sudakov ötən gecə Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda "Qarabağ"a uduzduqları (2:3) matç haqqında danışıb.

QOL.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi "Sport TV"yə açıqlamasında Ağdam təmsilçininin hücumlarının çox təhlükəli olduğunu deyib: 

"Çətin idi... Böyüməli və başımızı yuxarı qaldırmalıyıq. İlk növbədə təhlil etməli, bu oyun üçün məsuliyyət daşımalı, növbəti görüşlərə baxmalı və çox çalışmalıyıq. İlk hissədə 2:0 hesabı ilə qalib gəlirdik, oyuna nəzarət edirdik. Lakin cərimə zərbəsindən buraxdığımız qoldan sonra oyun dəyişdi. "Qarabağ" çox şey etmədi, amma hər hücumu komandamız üçün təhlükəli oldu və ikinci hissəni zəif keçirdik. Buna rəğmən, irəli getməli və növbəti oyunda daha yaxşı çıxış etməliyik. Mənim üçün bu komandada oynaya bilmək fantastikdir. Xoşbəxtəm, amma bu nəticəyə görə yox".

Избранный
48
6
teleqraf.com

10Источники