RU

Bakıda ortaaylıq əməkhaqqı 1 370 manatı ötüb

2025-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində muzdla işləyənlərin ortaaylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 1375,4 manat təşkil edib. 

Bu barədə Xezerxeber.az-a Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1097,3 manata bərabər olub.

Избранный
9
47
xezerxeber.az

10Источники