Bir neçə gündür ki, respublikamızın ərazilərinə fasiləsiz yağışlar yağır. Təbii ki, yağışın davamlı olaraq yağması ölkəmizin avtomobil yollarında da bəzi çətinliklər, problemlər yaradır.
Daha doğrusu belə hava şəraiti qəzaların baş verməsinə münbit şərait yaradır.Yəni yollar sürüşkən olur, gecə saatlarında yollar yaxşı işıqlandırilmadığı üçün piyadalar yolu keçərkən ağır vəziyyətlə üzləşir. Ona görə də belə günlərdə sürücülər daha diqqətli olmalı, ara məsafəsi saxlamalı, manevr qaydalarını pozmamalı, bir sözlə, məsuliyyət olmalıdırlar.
Heç şübhəsiz , yağışın fasiləsiz olaraq yağması birmənalı olaraq sürücülərdən daha böyük ustalıq, səriştə tələb edir.Başqa sözlə demiş olsaq, yollar sürüşkən olarkən texniki cəhətdən nasaz avtomobillə yola çıxmamalı , əyləc sistemindən lazım gəldi, gəlmədi, istifadə olunmamalıdır.
Çox təəssüf ki, bəzi sürücülər yagış yağarkən və yollar sürüşkən olarkən qəfil əyləci basır və zaman avtomobil idarə etmədən çıxır , ağır qəzalar baş verir. Bütün bunlar qarşısını almaq üçün sürücülər və hərəkət iştirakçıları diqqətli olmalı, yol hərəkəti qaydalarına əməl etməlidirlər!!!
Emil Faiqoğlu