RU

Əfqanıstan hakimiyyəti altı vilayətin internet əlaqəsini kəsib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 17 sentyabr, AZƏRTAC

Əfqanıstan hakimiyyəti azı altı vilayətdə dövlətə məxsus “Afghan Telecom” şirkəti tərəfindən təmin olunan optik internetin verilməsini dayandırıb.

AZƏRTAC xəbər verir ki, internetin kəsilməsi halları Balx, Qəndəhar, Hilmənd, Herat, Uruzqan və Nimruz vilayətlərində qeydə alınıb. Yerli sakinlər internetin qəfil kəsildiyini bildiriblər.

“Taliban” hərəkatının nümayəndəsi Qəndəhar və Balx vilayətlərində rabitənin kəsildiyini təsdiqləyib. Onun sözlərinə görə, bu qərar hərəkatın lideri Heybətullah Axundzadə tərəfindən verilib. İnternetin kəsilməsi “əxlaqsız fəaliyyətlərin qarşısının alınması” ilə əlaqələndirilir.

Əfqanıstan hökuməti rəsmi məqsədlər üçün alternativ daxili şəbəkənin yaradılmasını planlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
29
2
azertag.az

3Источники