RU

“Qərb 2025” və Suvalki dəhlizi: Avropaya nüvə təhdidinin səbəbi nədir?

“Qərb 2025” hərbi təlimləri çərçivəsində qeyri-strateji nüvə silahından istifadə və “Oreşnik” sisteminin yerləşdirilməsi üzrə plan işlənib hazırlanıb. Bunu Belarus müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Pavel Muraveyko bəyan edib, məlumatı “BelTA” dövlət informasiya agentliyi yayıb.

Muraveyko bildirib ki, həmin təlimlərdə PUA-lardan geniş istifadə olunub, həmçinin “müasir hibrid vasitələrin tətbiqi üzrə kompleks proqramlar” nəzərdən keçirilib.

Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi rusiyalı hərbçilərə “döyüş təcrübəsini paylaşdıqları üçün” təşəkkür edib və qeyd edib ki, bu, Belarus ordusuna “ən müasir məlumatları öyrənməyə imkan verib” və həmin biliklər dərhal döyüş reallığına tətbiq olunur.

Əslində Muraveyko etiraf edib ki, birgə təlimlərin yeganə məqsədi Belarus ordusunu müharibə şəraitinə uyğunlaşdırmaq, başqa sözlə desək, onu real döyüş əməliyyatlarına hazırlamaq olub.

Polşanın hava məkanında rus PUA-larının peyda olması bir sıra Qərb ekspertləri tərəfindən “NATO-nun ayıqlığını yoxlamaq” kimi dəyərləndirilib. Qərb siyasi analitiklərinin çoxu hesab edir ki, Rusiya Suvalki dəhlizinə sahib çıxmağı planlaşdırır.

Bu dəhliz Rusiya ilə Belarus və Litva əraziləri vasitəsilə Kalininqrad anklavını birləşdirən quru yoludur. Proqnozlara görə, Suvalki dəhlizinin ələ keçirilməsi ilə Rusiya Baltikyanı ölkələri NATO-dan ayıracaq.

Birgə təlimlərdə taktiki nüvə silahının tətbiqinə dair planlaşdırma Moskvanın açıq mesajıdır ki, əgər Ukrayna məsələsində və ümumən Avropanın təhlükəsizlik sistemində “legitim maraqları nəzərə alınmazsa”, Rusiya yalnız “Oreşnik” raket sistemlərini deyil, qeyri-strateji nüvə silahını da işə sala bilər.

Vladimir Putin faktiki olaraq Ankoricdə ABŞ prezidenti Tramp ilə əldə edilmiş prinsipial razılaşmaları ləğv edib. Ehtimal olunur ki, o, Silahlı Qüvvələr və xüsusi xidmət orqanlarının rəhbərlərinin təzyiqlərinə boyun əyib. Bu isə prinsip etibarilə vəziyyəti dəyişmir: Avropa, NATO və bütövlükdə Qərb ciddi seçim qarşısında dayanıb.

Asif Cəfərov
Ordu.az

Избранный
15
herbiand.az

1Источники