RU

Azərbaycanın xalis maliyyə aktivləri I yarımillikdə artıb

Bu ilin I yarısında Azərbaycanın xalis maliyyə aktivləri 2 milyard 988,9 milyon ABŞ dolları artıb.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Bildirilib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 23,3 dəfə çoxdur.

Yarım illik artım xaricə yönəldilmiş birbaşa investisiyaların 516,3 milyon ABŞ dolları artması (1 il əvvələ nisbətən 22,5 % çox), portfel investisiyalarının 947,4 milyon ABŞ dolları artması (2,25 dəfə çox), digər investisiyaların isə 1 milyard 525,2 milyon ABŞ dolları artması (1 il əvvəl azalıb) hesabına baş tutub.

Избранный
46
3
metbuat.az

4Источники