RU

Birinci yarımildə Azərbaycana daxil olan pul baratlarının həcmi açıqlanıb VİDEO

Bakı, 17 sentyabr, AZƏRTAC

Bu ilin ilk altı ayında Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi 533,9 milyon dollar təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika departamentinin rəhbəri Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.

O bildirib ki, xaricdən pulköçürmə üzrə 1-ci pillədə Rusiya 214 milyon dollarla, Türkiyə 87,8 milyon dollarla ikinci pillədə, ABŞ 52,1 milyon dollarla 3, Birləşmiş Krallıq 18,8 milyon dollarla 4, BƏƏ 18,5 milyon dollarla ilk beşlikdə yer alıb.

“Hesabat dövründə ölkədən xaricə köçürülmüş pul baratlarının həcmi 238 milyon dollar olub. Belə ki, bu məbləğin 68 milyon dolları Türkiyə, 40 milyon dolları ABŞ, 22,1 milyon dolları Rusiya, 13,9 milyon dolları Gürcüstan, 12,3 milyon dolları Birləşmiş Krallığın payına düşür”, - deyə departament rəhbəri vurğulayıb.

Избранный
26
5
azertag.az

6Источники