RU

AYNA: 1 milyonuncu elektron əmtəə-nəqliyyat qaiməsi rəsmiləşdirilib

BAKI, 17 sentyabr. TELEQRAF

Avtomobil nəqliyyatı ilə ölkədaxili yük daşımaları sahəsində rəqəmsallaşma istiqamətində mühüm mərhələ gerçəkləşib – 1 milyonuncu elektron əmtəə-nəqliyyat qaiməsi tərtib edilib.

Yerüstü Nəqliyyat Agentliyindən Teleqraf-a verilən məlumata görə, bu nailiyyətin arxasında geniş iştirakçı şəbəkəsi dayanır. 1 milyon əmtəə-nəqliyyat qaiməsinin tərtib olunmasında 2778 yükgöndərən, 1179 daşıyıcı və 15087 yükalan iştirak edib.

Qeyd edək ki, elektron əmtəə-nəqliyyat qaiməsi avtomobil nəqliyyatı ilə yüklərin ölkədaxili daşınması zamanı rəsmiləşməni təmin edən sənəddir.

Bu sistem yükgöndərənlə daşıyıcı arasında müqaviləni rəsmiləşdirir, yükün daşınmaya qəbul edilməsini və ünvanına çatdırılmasını təsdiq edir, şəffaflığın artırılmasına və nəqliyyat-ticarət əməliyyatlarının rəqəmsal izlənməsinə imkan yaradır.

Qaimədə yükalanın ünvanı, çatdırılma yeri, miqdarı, qablaşdırılması, tərkibi, brutto çəkisi, göndərilmə vaxtı, nəqliyyat vasitəsinin növü və digər mühüm məlumatlar əks olunur.

Bütün sənədləşmə prosesi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyitərəfindən yaradılmış elektron xidmət üzərindən aparılır.

Elektron əmtəə-nəqliyyat qaiməsi daşımaların daha şəffaf, etibarlı və səmərəli həyata keçirilməsinə xidmət edir.

Избранный
15
4
teleqraf.com

5Источники