BMT-nin 2026-cı il büdcəsi 2024-cü illə müqayisədə 15 faiz və ya 500 milyon dollar azaldıla bilər.
Editor.az İnterfaks-a istinadla xəbər verir ki, bu məlumatı təşkilatın mətbuat xidməti yayıb.
BMT-nin baş katibi Antonio Quterreş bu təklifi 2026-cı il büdcə smetasına yenidən baxdıqdan sonra verib.
Üzv dövlətlərə ünvanladığı məktubda Quterreş qeyd edib ki, resurs bölgüsünə baxış zamanı BMT Nizamnaməsinin üç əsas prinsipi: sülh və təhlükəsizlik, insan hüquqları və davamlı inkişaf arasında tarazlığa nail olunub.
O izah edib ki, ixtisarlar sülhməramlı missiyaya dəstək büdcəsinə təsir edəcək. O, həmçinin xərcləri azaltmaq üçün Nyu York və Cenevrədəki bəzi funksiyaları daha ucuz yerlərə köçürməyi planlaşdırırdı. Beynəlxalq təşkilat 2027-ci ilə qədər Nyu-Yorkda iki binanın icarəyə verilməsini dayandırmağı planlaşdırır.
Yekun büdcə qərarı 2025-ci ilin dekabrında veriləcək.
BMT baş katibinin nümayəndəsi Stefan Dujarrik bəyan edib ki, 2025-ci il avqustun sonunda ABŞ-ın yardım proqramlarının azaldılması beynəlxalq təşkilatın büdcə vəziyyətini çətinləşdirə bilər.
//Gülnarə Abasova, Editor.az