RU

17 sentyabr – Beynəlxalq Xəstələrin Təhlükəsizliyi Günü

17 sentyabr dünyada Beynəlxalq Xəstələrin Təhlükəsizliyi Günü kimi qeyd olunur.

E-saglam.az xəbər verir ki, 

Bu tarix 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsis edilib. Günün əsas məqsədi müxtəlif ölkələrdə tibbi xidmətlərin keyfiyyətini artırmaq və xəstələrin təhlükəsizliyini təmin etməkdir.

Xəstələrin təhlükəsizliyinə təsir edən problemlər arasında yanlış dərmanların təyin olunması, diaqnostik səhvlər, infeksiyaların ötürülməsi və pasiyentlərə diqqətsiz yanaşma xüsusi yer tutur.

2025-ci ildə ÜST bu günün mövzusunu yeni doğulmuş körpələr və azyaşlı uşaqlar üçün təhlükəsiz tibbi xidmət olaraq elan edib. Bu yanaşma ən həssas qruplardan biri olan uşaqların sağlamlığının qorunmasına diqqəti artırmağı hədəfləyir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
16
e-saglam.az

1Источники