RU

Nəticələr yeni baş məşqçidən narazılıq yaratdı, vəziyyəti müzakirə etdilər və…

Premyer Liqanın ilk turlarında qeydə alınan nəticələr «Sabah» rəhbərliyini qane etmir.

Üç matçda 4 xalın toplanması onlarda narazılıq və narahatlıq yaradıb.

Rəsmilər bu konteksdə öz fikirlərini Valdas Dambrauskasın diqqətinə çatdırıblar. İyunda görəvə gəlmiş baş məşqçi ilə görüşdə komandanın mövcud durumu müzakirə olunub, ona bəzi iradlar bildirilib.

Xüsusən, ümumi oyun planında nəzərə çarpan çatışmazlıqlar barədə. Qeyd edilib ki, kollektiv inamlı təsir bağışlamır və çempionluq ab-havasından uzaqdır.

Litvalı mütəxəssis iradların bir qismiylə razılaşıb. Eyni zamanda, deyib ki, mövsümün əvvəli olsa da, xeyli sayda futbolçu zədədən əziyyət çəkir və onların sıraya dönüşü yubanır.

Baltikalı çalışdırıcı vəd verib ki, komanda tədricən öz oyununu tapacaq və sürət yığacaq. Dambrauskas düşərgəyə yeni gələn legionerlərin da onların gücünə güc qatacağını söyləyib.

Ölkə kubokunun sahibi ilk həftələrdə yalnız «Şamaxı»nı uda bilib - 1:2.

«Bayquşlar» Masazırda «İmişli»yə uduzubsa (0:1), «Neftçi» ilə qolsuz bərabərə qalıblar. Hazırda turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıblar.

SPORTİNFO.AZ

Избранный
29
sportinfo.az

1Источники