RU

"Qarabağ" Türk dünyasının ikinci "Qalatasaray"ı olacaq - Türkiyəli jurnalist

Ötən gün "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda səfərdə "Benfika" (Portuqaliya) ilə qarşılaşıb. "Eştadiu da Luş" stadionunda keçirlən matç "köhlən atlar"ın 3:2 hesablı tarixi qələbəsi ilə yekunlaşıb.

Oyunun “Qarabağ”ın qələbəsi ilə nəticələnməsi təlcə futbol azerkeşlərini deyil, bütün xalqımızı sevindirib. Bu qələbə Türk dünyasında, o cümlədən qardaş Türkiyədə də əks-səda doğurub.

Türkiyəli jurnalist Necati Şatana "Qarabağ"ın rezonans doğuran qələbəsi haqda Modern.az-a danışıb.

O bildirib ki, “Qarabağ”ın sərgilədiyi oyun əslində nəticənin sürpriz olmadığını göstərib:

- “Qarabağ” klubu liqaya pis başlamışdı. Bu baxımdan dünənki oyuna ciddi hazırlaşdıqlarını gördük. “Qarabağ”ın Çempionlar Liqasında “Benfika” kimi yarımfinala iddialı komandaya qarşı belə süpriz nəticə əldə edəcəyini təbii ki, gözləmirdik. Əlbəttə, burada baş məşqçi Qurban Qurbanovu təbrik etmək lazımdır. Amma oyunu iki hissədə ayrı-ayrı dəyərləndirməyə də ehtiyac var. İlk hissədə təəssüf ki, müdafiədə çox böyük boşluqlar vardı. Buraxılan səhvlər və iki müdafiəçinin öz aralarında yaşadığı problemlər “Benfika”nın erkən qollar vurmasına səbəb oldu. Liqaya pis başlamağın da təsiri vardı. Qurban Qurbanov fasilədə lazımi tədbirləri gördü. 
Və “Qarabağ” ikinci hissəyə həvəsli başladı. Burada xüsusilə Kadinin toyununu qeyd etmək lazımdır. Müdafiənin də artıq xəta etməkdən savayı topu daşımağa kömək etdiyini gördük. Müdafiə xəttinin özünə gəlməsi və ikinci yarıda Leandro Andrandenin müdhiş oyunu "Qaraba"da canlanamaya səbəb oldu. Dünən “Qarabağ” çox gözəl oyun oynadı.

Komandanın eyni performansı davam etdirib-etdirməyəcəyini hamımız maraqla gözləyirik. “Qarabağ” inşallah türk dövlətləri arasında ikinci bir “Qalatasaray” olar. 

N.Şatana "Qarabağ"ın bu oyunundan sonra onun digər qarşılaşmalarını səbirsizliklə gözlədiklərini dilə gətirib:

- “Benfika” üçün oyun alçaldıcı oldu, baş məşqçilərini də istefaya yolladılar. İndi həmin posta Mourinyonun adı keçir. Ancaq mənə görə o, dünya futbolunda yerini doldurmuş, unu ələnmiş, psixologiyası pozulmuş, sağlam olmayan adamdır. Məncə, Qurban hoca bu uğurunu davam etdirərsə, xaricə çıxma xəyallarını da reallaşdıra bilər. 

Azərbaycan komandasının ən azı Kürkiyə klubları qədər Avropada uğrulu olmasını istəyirik. "Qarabağ”ın bu oyununu gördükdən sonra onun digər qarşılaşmalarını səbirsizliklə gözləyirəm. Avropaya fokuslanma onu ölkə çempionatında bir az zəiflədə bilər. Çünki iki cəbhədə böyük güc sərf edəcək. “Qarabağ” azerkeşləri bunu anlayışla qəbul etməlidirlər.

“Qarabağ”ın dünənki qələbəsindən qürur duyuruq, matçı zövqlə izlədik. Növbəti qarşılamanı da gözləyirik. Sıralamada “Qarabağ”ın ilk 16-ya qalacağını düşünürəm. Amma müdafiə xəttindəki iki "stopper"in uyğunluğu çox vacibdir. Avropada, xüsusilə də bu səviyyədəki oyunlarda ən kiçik xətalar qolla nəticələnir. Ona görə də müdafiə xəttinin bir az daha uyumlu olmağı üçün tədbirlər alınmalıdır.

Избранный
68
50
modern.az

10Источники