RU

"Netflix" Rza Zərrab haqqında film çəkəcək

“Netflix” cənubi azərbaycan biznesmen Rza Zərrab haqqında film çəkir.

Ölkə.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Rza Zərrab həyat hekayəsini serial və ya sənədli film kimi təqdim etmək üçün “Netflix” ilə razılığa gəlib.Türkiyəli jurnalist Sərdar Cebenin sözlərinə görə, sözügedən təklif cinayətkarların həyatı barədə serial və filmlər çəkən “Netflix”dən gəlib.

Ekran işinin serial, yoxsa sənədli film olacağı hələlik məlum deyil.

Qeyd edək ki, R.Zərrab 1983-cü ildə Təbriz şəhərində doğulub, sonradan Türkiyədə yaşayaraq böyük sərvət sahibi olub. Əsasən qızıl və maliyyə tranzaksiyaları ilə məşğul olub.
Onun adı daha çox İran sanksiyalarını pozmaq və çirkli pulların yuyulması ittihamları ilə gündəmə gəlib.

2013-cü ildə Türkiyədə “17–25 dekabr əməliyyatları” zamanı Rza Zərrab bir neçə nazirin ailə üzvləri ilə birlikdə rüşvət və korrupsiya qalmaqalında saxlanılmışdı. O zaman ona qarşı ittihamlar “rüşvət, çirkli pulların yuyulması və qaçaqmalçılıq” idi. Bir müddət həbsdə qalıb, sonra buraxılıb.

2016-cı ildə isə ABŞ-da həbs olunub. ABŞ prokurorluğu onu İrana qarşı tətbiq olunmuş iqtisadi sanksiyaları pozmaqda, çirkli pulları yumaqda və bank fırıldaqlarında ittiham edirdi.

Zərrab İran hökumətinə milyardlarla dollar dəyərində qızıl və valyuta transferlərində vasitəçilik etmişdi.
ABŞ-da məhkəmə zamanı o, günahını etiraf edib, ittihamçılarla əməkdaşlıq etməyə razılaşdı. Bu səbəbdən də cəzası yüngülləşdirilib.

Rza Zərrab həm Türkiyə siyasətində, həm də ABŞ-İran münasibətlərində qalmaqallı fiqur kimi tanınır.

O, türkiyəli məşhur müğənni Ebru Gündəşlə evli olub və bu evlilikdən bir qızı var.

Billurə
 

Избранный
33
1
olke.az

2Источники