RU

Selçuk Bayraktar bu dəfə yeni sosial platforma yaradır

Yazını böyüt
Yazını kiçilt

Türkiyədə "NSosyal"dan sonra daha bir sosial media platforması "Küre" istifadəyə veriləcək.

Hafta.az xəbər verir ki, bu barədə TEKNOFEST İdarə Heyətinin sədri Selçuk Bayraktar festivalın açılışında elan edib.

Bayraktar bildirib ki, "Küre" rəqəmsal ensiklopediya olacaq:

"Bu, 1.5 il ərzində son dərəcə dəqiqliklə aparılmış işin nəticəsidir. "Küre" süni intellekt dəstəyi ilə işləyəcək, açıq mənbəli və etibarlı məlumatın mənbəyi olacaq. Sizi "NSosyal" və "Küre" platformalarına dəvət edirəm".

Избранный
37
4
hafta.az

5Источники