İsrail Müdafiə Qüvvələri (IDF) fələstinlilərin Qəzza şəhərini tərk edə bilməsi üçün 48 saat müddətinə əlavə təhlükəsiz dəhlizin açıldığını bəyan edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi IDF-in mətbuat xidmətinə istinadən bildirib.
Nəşr qeyd edib ki, dəhliz HƏMAS-a qarşı əməliyyat dövründə mülki əhalinin şəhərdən təxliyəsi ilə bağlı səylər çərçivəsində açılıb.
Xatırladaq ki, avqustun 20-də İsrail ordusu Qəzza şəhərinə hücuma başlayıb.