RU

Yorğunluq, depressiya və saç tökülməsinə qarşı qoruyucu qidalar

ain.az, News24 saytına istinadən bildirir.

“Vitamin çatışmazlığı (avitaminoz) payızda özünü tez-tez göstərir. İnsanlar davamlı yorğunluq, yuxululuq, dərinin quruması və dodaqların çatlaması kimi problemlərlə üzləşə bilər. Həmçinin, immunitet zəifləyir, soyuqdəymə halları artır”. 

News24.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov səsləndirib. 

Onun sözlərinə görə, saçların tökülməsi, dırnaqların kövrəkləşməsi, əhval dəyişiklikləri, depressiya meylləri də payızda vitamin çatışmazlığının digər əlamətlərindəndir:

“Bəzən sümük və əzələlərdə zəiflik hissi də yaranır ki, bu da xüsusilə D vitamini və maqnezium çatışmazlığını göstərə bilər. Düzgün və balanslı qidalanma mövsümi xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır. Orqanizm üçün lazımlı vitaminlər, minerallar, zülallar və faydalı yağlar düzgün qəbul edilərsə, immunitet sistemi daha güclü olur və viruslara qarşı müqavimət artır. Rəngli tərəvəz və meyvələrin bol qəbulu orqanizmi antioksidantlarla təmin edir. Paxlalılar və tam taxıllar enerji balansını qoruyur və bağırsaq mikroflorasını yaxşılaşdırır. Süd məhsulları probiyotik təsiri ilə bağırsaq immunitetini möhkəmləndirir. Balıq və dəniz məhsulları omeqa-3 yağ turşuları ilə orqanizmi iltihab proseslərindən qoruyur. Bal, zəncəfil və sarımsaq isə təbii antibiotik kimi xəstəliklərin qarşısında mühüm rol oynayır. Məsələn, səhər yeməyində yulaf sıyığına qoz-fındıq və alma əlavə etmək, günorta yeməyində tərəvəz şorbası ilə balıq, axşam isə yaşıl salat və paxlalılar qəbul etmək payız mövsümü üçün ideal menyu sayıla bilər”.

E.Məmmədov qeyd edib ki, payızda düzgün qidalanma və vitaminlərlə zəngin təbii məhsulların istifadəsi yalnız immuniteti gücləndirmir, həm də mövsümi yorğunluğun, soyuqdəymələrin və vitamin çatışmazlığının qarşısını alır:

“Təbii meyvə-tərəvəzlərin bol olduğu bu fəsildə süni vitamin komplekslərinə deyil, əsasən təbii qidalara üstünlük vermək daha faydalıdır. Mövsümdə yetişən meyvə və tərəvəzləri bol istifadəsi çox vacibdir. Yadda saxlayın ki, balanslı qidalanma və aktiv həyat tərzi sağlam payızın əsas açarıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
10
8
news24.az

9Источники