RU

Üzeyir Hacıbəylinin irsi üç epoxanın prizmasında dəyirmi masa

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 17 sentyabr, AZƏRTAC

AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Üzeyir Hacıbəylinin irsi üç epoxanın prizmasından” mövzusunda dəyirmi masa keçirilib. Tədbir görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr edilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Tədbirdə çıxış edən institutun elmi işlər üzrə direktor müavini İlqar Niftəliyev qeyd edib ki, Prezident İlham Əliyevin Üzeyir Hacıbəylinin 140 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncam həm tarixi ədalətin təntənəsi, həm də milli mədəniyyətimizə verilən yüksək dəyərin göstəricisidir: “Üzeyir Hacıbəyli yalnız musiqiçi deyildi, o, həm də böyük maarifçi, yazıçı, dramaturq, publisist və pedaqoq idi. Onun “Leyli və Məcnun” operası təkcə Azərbaycan musiqisində deyil, bütövlükdə Şərqdə operanın ilk nümunəsi kimi tarixə düşüb. “Koroğlu” operası isə milli qəhrəmanlıq ruhunun möhtəşəm bədii təcəssümüdür”.

Dəyirmi masada tarix üzrə fəlsəfə doktoru Eldar Əliyev “Üzeyir Hacıbəylinin Rusiya imperiyası dövründə milli oyanışa töhfəsi”, tarix üzrə fəlsəfə doktoru Aygün Əzimova “Cümhuriyyət dövründə Üzeyir Hacıbəylinin ictimai-siyasi publisistikası (“Azərbaycan” qəzetinin materialları əsasında)”, tarix üzrə fəlsəfə doktoru İlham Həsənov isə “Sovet ideologiyası fonunda Üzeyir Hacıbəylinin ictimai fəaliyyəti və yaradıcılığı” mövzularında məruzələrlə çıxış ediblər. Məruzəçilər dahi bəstəkarın mədəniyyət və musiqi tarixindəki rolundan, dünya mədəniyyətinə bəxş etdiyi yeniliklərdən danışıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
azertag.az

1Источники