Cənubi Koreya mətbuatı Rusiyanın Şimali Koreyaya nüvə sualtı qayıqlarının istehsalı üçün lazım olan nüvə reaktorları verməsi barədə iddia irəli sürüb.
Publika.az xəbər verir ki, hökumət və hərbi kəşfiyyat mənbələrinə istinadən yayılan məlumatda Moskvanın bu ilin ilk yarısında Pxenyana reaktorlar, turbinlər və soyutma sistemləri kimi əsas nüvə hərəkət aqreqatlarını verdiyi bildirilir.
“Şimali Koreya israrla nüvə sualtı qayıq texnologiyası tələb edir və Rusiya qabaqcıl döyüş təyyarələri müqabilində bu il həmin texnologiyaların ötürülməsinə razılıq verib”, - deyə məlumatda qeyd olunub.
Həmçinin vurğulanıb ki, Cənubi Koreyanın əldə etdiyi kəşfiyyat məlumatları artıq ABŞ və müttəfiq ölkələrlə bölüşülüb, hökumət isə məlumatları təsdiqləməyə çalışır.