RU

Ermənistan parlamentində qalmaqal: Simonyan və Sarkisyan bir-birinə qarşı şikayət verib – ÖZƏL

Ermənistan parlamentinin spikeri Alen Simonyan və "Vətəndaş müqaviləsi" fraksiyasının deputatı Hayk Sarkisyan bir-birinə qarşı intizam icraatının başlanması ilə bağlı şikayət təqdim ediblər. 

Olaylar.az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bu ilin aprelində Simonyanın müraciəti əsasında "Vətəndaş müqaviləsi" rəhbərliyi Sarkisyana qarşı intizam icraatı başladıb və nəticədə deputata ciddi töhmət elan olunub. Lakin hansı pozuntuya görə cəza verildiyi açıqlanmayıb. Məsələ müzakirə edilərkən Sarkisyan da Simonyana qarşı eyni icraatın başlanmasını tələb edən qarşı tərəfli müraciət təqdim edib.

Partiyanın açıqlamasına görə, nəzarət orqanı Sarkisyanı iki dəfə izahat üçün dəvət etsə də, deputat hər iki dəfə ölkə xaricində olduğundan iştirak edə bilməyib. Nəticədə komissiya Simonyana qarşı intizam icraatının əsaslı olmadığı qənaətinə gəlib.

Mediada yayılan iddialara görə, Simonyanın adı dəfələrlə mərc biznesi ilə bağlı maraqlar kontekstində çəkilib. Deputat Hayk Sarkisyan isə hesab edir ki, bu maraqlar onun qanunvericilik təşəbbüslərinə qarşı çıxış etməsinə səbəb olub.

Hazırda hər iki tərəfin təqdim etdiyi şikayətlər partiya çərçivəsində gərginlik yaradıb. Analitiklərin fikrincə, məsələ "Vətəndaş müqaviləsi" daxilində ciddi fikir ayrılıqlarını üzə çıxarır və bu, hakim partiyanın mövqeyinə də təsirsiz ötüşməyə bilər.

Partiya rəhbərliyinin yaxın günlərdə vəziyyətlə bağlı yekun qərar qəbul edəcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
12
olaylar.az

1Источники