RU

Azərbaycanda qəbir yerlərinin qiyməti artıb? RƏSMİ CAVAB

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Son vaxtlar Azərbaycan qəbiristanlıqlarında məzar yerlərinin qiymətinin artması ilə bağlı məlumatlar yayılıb.

Bildirək ki, məhz bu cür xəbərlər cəmiyyətdə narahatlıq yaradır. Çünki qiymət artımı vətəndaşların maliyyə yükünü artırır. Xüsusilə maddi imkanı məhdud ailələr üçün bu əlavə çətinliklər yaradır.

Bəs həqiqətən də qəbiristanlıqlarda məzar yerlərinin qiyməti artırılıb?

Mövzu  ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov bildirib ki, səlahiyyiyətimizdə olan qəbiristanlıqlarda qəbir yerlərinin qiymətində artımı yoxdu:

“Hazırda qəbiristanlıqların əksəriyyəti bələdiyyələrdədir, bizdə isə 3-4 qəbiristanlıq qalıb. Bizdə olan qəbiristanlıqlarda qəbir yerlərinin qiymətində artım yoxdur, qiymətlər əvvəlki qaydadadır.

Belə ki, dövlət rüsumu müsəlman qəbirləri üçün 63 manat, qeyri-müsəlman qəbirləri üçün isə 79 manat təşkil edir. Bir daha qeyd edim ki, bizə aid olan qəbiristanlıqlarda qiymət artımı yoxdur. Bu gün qəbiristanlıqların əksəriyyəti bələdiyyəyə məxsus olduğundan, qiyməti artırırlarsa, özləri bilər. Amma bizdə qiymət dəyişiklik yoxdur”.

Gülər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
20
cebheinfo.az

1Источники