TOS-1A “Solntsepyok” ağır odsaçan sistemləri T-80 tankının şassisinə köçürüləcək.
“Poliqon” xəbər verir ki, bunu “Uralvaqonzavod” konserninin baş direktoru Aleksandr Potapov “Zvezda” telekanalına müsahibəsində deyib.
Baş direktor bildirib ki, TOS-1A “Solntsepyok” bu gün son dərəcə tələbatlı bir maşındır. Onun əsasında T-72 və T-90 tanklarının şassisi dayanır, döyüş hissəsi isə “Omsk” müəssisəsinin konstruktorlarının işləməsidir.
Onun sözlərinə görə, həlak olmuş KBRN qoşunlarının rəisi İqor Kirillovun rəhbərliyi ilə T-80 tankı bazasında modernləşdirilmiş TOS versiyası hazırlanıb. Bu modifikasiyada daha böyük məsafə, dəqiqlik və yüksək avtomatlaşdırma təmin edən bir sıra yeniliklər tətbiq olunub.
A.Potapov qeyd edib ki, gələcəkdə konsern ağır odsaçan sistemlərin istehsalını T-80 şassisində davam etdirməyi planlaşdırır. Bununla yanaşı, T-72/T-90 bazasında olan TOS-lar da sifarişçilər üçün əlçatan olaraq qalacaq.