Naxçıvan sakinləri Türkiyədə qəzaya düşüb.
Bizim.Media xəbər verir ki, hadisə Türkiyənin İğdır vilayətinin Tuzluca rayonunda qeydə alınıb.
Belə ki, 75-BL-333 Azərbaycan dövlət nömrə nişanlı avtomobillə 36-BL-245 dövlət nömrə nişanlı yerli avtomobil toqquşub.
Qəzaya səbəb isə rayon ərazisindən keçən yolda təmir işlərinin aparılması və nəqliyyat vasitələrinin yalnız bir zolaqda hərəkət etmələri olub.
Qəza nəticəsində 6 nəfər yaralanıb. Xəsarət alanlar Tuzluca və İğdır Dövlət xəstəxanalarına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media