RU

Məşhur aktrisalar yenidən cadugərlik edəcəklər

Reyting.az saytından alınan məlumata görə, ain.az bildirir.

Hollivudun iki ulduz kinoaktrisasının - Nikol Kidman və Sandra Bullokun cadugərlər obrazını yaratdıqları məşhur ekran əsərinin davamı olan yeni "Praktik sehr 2" filminin çəkilişləri başa çatıb. Reyting.az bildirir ki, öncə bu barədə yerli mediaya Nikol Kidman açıqlama verib. Aktrisa bildirib ki, artıq bu yeni kino layihəsinin taleyi ilə bağlı xəbəri ictimaiyyətə çatdırmaq olar, çünki "Praktik sehr 2" filminin çəkilişləri yekunlaşıb. O, sosial şəbəkədə paylaşdığı qısa bir videoda Sandra Bullokla birlikdə canlandırdıqları cadugər qəhrəmanların günbatana doğru getdiyini göstərib.Bu yeni ekran işi, 1998-ci ildə ekranlara çıxan və Elis Hofmanın romanı əsasında çəkilmiş məşhur "Praktik sehr" filminin davamıdır. O vaxt gənc aktrisalar Nikol Kidman və Sandra Bullok bacılar obrazını - Cillian və Salli Ouens rolunda çıxış etməklə, ekranda sehrin vasitəsilə şəxsi həyatdakı çətinlikləri həll edən və düşmənlərindən qisas alan qəhrəmanları canlandırmışdılar.27 ildən sonra çəkilən filmin rejissoru Syuzanna Birdir. Filmin ssenarisi isə yazıçı Hofmanın 2021-ci ildə yazdığı və silsilənin son hissəsi sayılan yeni kitab əsasındadır. Bu dəfə isə bacılar daha bir ailə çətinliyini dəf edib, öz övladlarını güclü məhəbbət lənətindən xilas etməli olacaqlar.Filmin ilk nümayişi 2026-cı il sentyabrın 18-də nəzərdə tutulur. Lakin yenicə lentə alınmış bu ekran əsərinin ABŞ-nın hansı şəhərində və kinoteatrında göstəriləcəyi barədə məlumat verilməyib. Oqtay QORÇU Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
2
reyting.az

3Источники