RU

Kadi özünü dünyanın ən güclü futbolçusu adlandırdı!

Kadi Borges “CBC Sport”un “Legioner” verilişinin qonağı olub. Braziliyalı futbolçu maraqlı açıqlamalarla diqqəti çəkib. “Qarabağ”ın yarımmüdafiəçisi özünü dünyanın ən güclü futbolçusu adlandırıb:
“Üç mövsüm əvvəl də Azərbaycan çempionatının ən güclü futbolçusu mən idim. İndi də mənəm (gülür). Mən özümə görə dünyada ən yaxşı futbolçuyam. Çünki özümə inanıram. Çempionatda ən yaxşı üç futbolçu isə Kadi, Zubir və Leandrodu”.
O, “Krasnodar”da olanlar haqda da danışıb:
“Mən Rusiyaya gedəndə klubun idman direktoru və məşqçilər mənə vədlər verdi. Sonra anladım ki, bunlar yalan imiş. Mənə söz vermişdilər ki, 10 nömrə mövqeyində oynayacam. Amma bir oyunda belə bu belə baş vermədi. “Dinamo”ya qarşı oynayırdıq. İki qol vurdum, məşqçi məni əvəzlədi. Səbəbini soruşanda dedi ki, “klub prezidenti tələb edib”.
MÜZƏFFƏR QULUZADƏ
Избранный
70
1
football-plus.az

2Источники