RU

İsrail ordusu Qəzza şəhərinin sakinlərini evlərindən çıxarır – ŞOK DETALLAR

İsrail qoşunları çərşənbə günü Qəzzanın ən böyük şəhəri olan Qəzzada geniş dağıntılar törədən quru əməliyyatı ilə yanaşı daha çox insanı evlərindən çıxarmağa çalışır.

Bizim.Media xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (IDF) əməliyyata başlamazdan əvvəl, çərşənbə axşamı səhər tezdən 150 hava və artilleriya zərbəsi endirildiyini açıqlayıb. 

Hazırda iki ordu diviziyası yavaş-yavaş şəhərin mərkəzinə doğru irəliləyir, yaxın günlərdə üçüncü diviziyanın da qoşulacağı gözlənilir.

Bir neçə hava zərbəsi məcburi köçkünlərin çadır düşərgələrinin ortasında yerləşən yaşayış binalarını dağıdıb. İsrail bu binaların HƏMAS tərəfindən müşahidə məqsədilə istifadə olunduğunu iddia edir.
 

Çərşənbə axşamı gecə şəhərin Rantisi uşaq xəstəxanası da vurulub. Qəzza Səhiyyə Nazirliyinə görə, xəstəxananın 80 xəstəsindən yarısı qaça bilib, lakin digərləri, o cümlədən reanimasiyada olan dörd uşaq və vaxtından əvvəl doğulmuş 8 körpə içəridə qalıb.


Gecə zərbələri nəticəsində 16 nəfər həlak olub. Yerli xəstəxanaların məlumatına görə, bu, iki illik müharibə ərzində ümumi fələstinli ölənlərin sayını 65 minə çatdırıb. Çərşənbə axşamı BMT-nin insan haqları komissiyası İsrailin Qəzzada soyqırım törətdiyi qənaətinə gələn hesabat dərc edib.

Qəzza şəhərindən cənuba aparan sahil yolu ailələrlə doludur. Çərşənbə günü IDF əhalinin köçünü təşviq etmək məqsədilə iki gün müddətinə zolağın ortasından keçən ikinci marşrutun açıldığını bildirib.

Lakin bölgədəki telefon şəbəkəsinin zərbələr nəticəsində sıradan çıxması səbəbindən Qəzza şəhərində və şimalda yaşayan çoxlarının IDF-in göndərdiyi SMS və sosial media elanlarını almadığı ehtimal olunur.

Qəzza şəhərində və ətrafında yaşayan təxminən 1 milyon fələstinlidən İsrail ordusuna görə son ay ərzində 350 min nəfər, BMT-yə görə isə 238 min nəfər cənuba köçüb.

İsrailin iddialarının əksinə olaraq, son həftələrdə The Guardian-a danışan fələstinlilərin heç biri HƏMAS tərəfindən şəhərdə qalmağa məcbur edildiklərini deməyib.

Əksinə, çoxları müxtəlif səbəblərdən çıxa bilmədiklərini və ya çıxmaq istəmədiklərini bildirib:
 

“Bəziləri aclıq və xəstəlik səbəbindən fiziki gücdən düşüb, hərəkət edə bilmir. Bəziləri yol xərclərini və gedəcəkləri yerdə sadə plastik çadırların qiymətini ödəyə bilmir. Çoxları isə cənubun da Qəzza şəhəri qədər təhlükəli olduğunu düşünür”.


İsrail ordusu dəfələrlə özünün yaratdığı “humanitar zona” olan əl-Mavasi düşərgəsini bombalayıb. Sonuncu zərbə nəticəsində bir ailənin – ata, ana və övladının həlak olduğu bildirilir.

Bizim.Media

Избранный
14
1
bizim.media

2Источники