RU

Bakı-Qəbələ-Bakı sərnişin qatarının qrafiki yenilənir

Payız-qış mövsümü ilə əlaqədar olaraq Bakı-Qəbələ-Bakı sərnişin qatarının qrafiki yenilənir.

ADY-dən Day.Az-a verilən məlumata görə, oktyabrın 11-dən etibarən qatar Bakıdan Qəbələyə yalnız həftənin şənbə günü, Qəbələdən Bakıya isə yalnız həftənin bazar günü yola düşəcək.

"Biletlər və hərəkət cədvəli haqqında məlumatı (www.ady.az) saytımızdan, "ADY Mobile" tətbiqindən və 7/24 fəaliyyət göstərən 1822 Çağrı Mərkəzindən öyrənə bilərsiniz", - deyə məlumatda qeyd edilib.

Избранный
59
29
day.az

10Источники