RU

"19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsi şəhid qapısına yol çəkib » AzadMedia.az


Şamaxı rayonu Dağ Göylər kəndində asfaltlama işləri aparılır. Belə ki, Şəhid Elgün Quliyevin yaşadığı ev və məhəlləyə baxış keçirilib.

19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsinin işçiləri asfaltlama işini küçə və məhəllə boyunca davam etdirirlər. Məlumat üçün bildirək ki, heç vaxt bu küçəyə yol çəıkilməyib. Kəndin bir neçə küçəsində də asfaltlama işləri aparılır.

Şəhidimizin anası Qənirə Quliyeva görülən işlərə də təşəkkürünü bildirib:

“Ta qədimdən indiyə qədər torpaq uğrunda şəhid olanlar müqəddəs sayılıb. Mənim oğlum vətən uğrunda şəhid olub. Sağ olsunlar ki, bizim müraciətimizə müsbət cavab verdilər. Dövlətimizə, dövlət rəhbərliyimizə, eləcə də AAYDA-nın rəhbərliyinə təşəkkürümüzü bildiririk.

Yol gələcəyə aparır. Yol müqəddəsdir. Hamısının yolları açıq olsun”.

AAYDA-nın 19 nömrəli XT Yol İdarəsi MMC-nin Direktoru Nazim Eynallı açıqlamasında bunları deyib:

“Şəhid ailələrinə diqqət və qayğı, bizim üçün cənab prezident İ.Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyeva nümunədir. Onlara baxaraq bu işləri həyata keçiririk. Şəhidimiz bu evdə doğulub, böyüyüb. Küçələrinin asfaltlanması ilə bağlı valideynləri bizə müraciət etdilər.

Dərhal bu barədə AAYDA-nın sədri cənab Saleh Məmmədova məlumat verdim. O da dərhal göstəriş verdi. Artıq küçə asfaltlanır”
Избранный
17
1
azadmedia.az

2Источники