RU

Zelenski gələn həftə Nyu-Yorka səfər edəcək

Ukrayna nümayəndə heyəti gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının iclasında iştirak edəcək.

Editor.az xəbər verir ki, heyətə ölkə prezidenti Vladimir Zelenski rəhbərlik edəcək.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy brifinqdə məlumat verib.

“Biz doğrudan da BMT Baş Assambleyasına, Ukrayna nümayəndə heyətinin ən yüksək səviyyədə – yəni prezidentin rəhbərliyi ilə səfərinə hazırlaşırıq”, – deyə Tixiy bildirib.

//Samir Qurbanov, Editor.az

Избранный
41
editor.az

1Источники