Gürcüstanda müxalifət və xaricdən maliyyələşən bəzi QHT-lər “maydan” ssenarisini həyata keçirmək niyyətindədirlər.
İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.
O, müxalifəti və xaricdən maliyyələşən bəzi QHT-ləri ölkədə “Maidan” ssenarisini reallaşdırmaq istəməkdə ittiham edib.
Onun sözlərinə görə, 4 oktyabrda keçiriləcək bələdiyyə seçkiləri günü “sülh yolu ilə inqilab” planı mövcuddur:
“Bu, xaricdən diktə olunan təhlükəli yoldur. Bir neçə partiya və QHT həmin yola qədəm qoyub. Bu yol birbaşa “Maydan”a, qan tökülməsinə və iğtişaşlara aparır”.
Xuraman Etibarlı
İnterpress.az