RU

ABŞ-Ukrayna əməkdaşlığı: 150 milyon dollarlıq fond yaradıldı

ABŞ və Ukrayna kritik minerallar, karbohidrogenlər və infrastruktur layihələrinə sərmayə yatırmaq məqsədilə ümumi həcmi 150 milyon dollar olan bərpa fondu təsis ediblər.

Hər iki tərəf fonda 75 milyon dollar ayıracaq.

Editor.az xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) açıqlamasında bildirilib.

Məlumata görə, fondun ilkin kapitalı 150 milyon dollar təşkil edəcək. Vəsaitlər ABŞ-ın təbii resurslar üzrə təchizat zəncirlərinin möhkəmləndirilməsinə, eləcə də iqtisadi artım, təhlükəsizlik və innovasiyaların inkişafına töhfə vermək məqsədilə yönəldiləcək.

//Samir Qurbanov, Editor.az

Избранный
40
editor.az

1Источники