Suriya prezidenti Dəməşqdə Türkiyə kəşfiyyatının rəhbərini qəbul edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Step Agency” məlumat yayıb.
Suriya prezidenti əl- Şaraa Dəməşqdə Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalınla görüşüb.
Step Agency-nin məlumatına görə, tərəflər ikitərəfli və regional təhlükəsizlik məsələlərini, eləcə də son hadisələri müzakirə ediblər.
Xüsusi diqqət “Suriya Demokratik Qüvvələri”nin (SDF) Suriya ordusuna inteqrasiyası məsələsinə yönəlib.
Xuraman Etibarlı
İnterpress.az