RU

Oleq Qazmanovun Ermənistan vətəndaşı tərəfindən pensiya yığımları ələ keçirildi

Rusiyanın Xalq Artisti Oleq Qazmanovun bütün pensiya yığımları dələduzluqda ittiham olunan ermənisəsilli Gevork Sarkisyan tərəfindən ələ keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə ailənin hüquqşünası Roman Kuzmin məlumat verib.

Onun sözlərinə görə, 2019-cu ildə Qazmanov və həyat yoldaşı Marina Anatolyevna həmin vaxt Rusiya Vergilər və Yığımlar Nazirliyində çalışan Sarkisyana borc veriblər — bu, müğənninin ömür boyu pensiya üçün topladığı vəsait olub. Sarkisyan hələ 2016-cı ildə Qazmanovun yaxın əhatəsinə daxil olmuş, özünü müsbət tərəfdən tanıtmağa nail olub.

Pulların verilməsindən bir il sonra cütlük borcun qaytarılmasını tələb edib, lakin Sarkisyan bildirib ki, onun pulu yoxdur. O, müxtəlif səbəblərə — o cümlədən COVID-19 pandemiyası və Ukraynadakı müharibəyə istinad edərək, həmin vaxt ailəsi ilə birlikdə yaşadığı ABŞ-dən pul köçürməkdə çətinliklərin olduğunu deyib.
 

Qazmanovlar dələduzluğun qurbanı olduqlarını anlayaraq, Rusiya İstintaq Komitəsinə müraciət ediblər. Sarkisyan Moskvada saxlanılıb və dələduzluqda ittiham olunub. İlkin olaraq məhkəmə onu həbs edib, sonra ev dustaqlığına buraxılıb, daha sonra isə Qazmanovun dostlarının da zərər çəkdiyi başqa bir dələduzluq işi üzrə yenidən həbs edilib.



Qeyd edək ki, Gevork Sarkisyan əvvəllər Rusiya Vergilər və Yığımlar Nazirliyində çalışıb, daha sonra isə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. O, Moskvada “KidZania” adlı uşaq parkı açıb və bu layihənin ABŞ-da şöbəsini yaradıb.

Bizim.Media

Избранный
16
1
bizim.media

2Источники